'İRƏLİ' 'PR' Məktəbi layihəsinə start verir

GƏNCLİK
17:45 02.09.2013
1603

Müasir dövrdə Azərbaycanda və dünyada ictimaiyyətlə əlaqələrə (Public Relation) olan marağı, eləcə də ölkəmizdə bu sahənin mütəxəssislərinə ehtiyacı nəzərə alaraq “İRƏLİ” İctimai Birliyi və Hajizade Group şirkəti birgə “PR Məktəbi” layihəsinə start verir.

Layihə müddətində25gəncə ölkənin aparıcı, təcrübəli PR və marketinq üzrə mütəxəssisləri, eləcə də media nümayəndələri PR fəaliyyətinin incəlikləri, xüsusiyyətləri haqda məlumat verəcək, mövzu ilə bağlı təlimlər keçiriləcək. Layihənin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.

“PR Məktəbi” layihəsinin məqsədi gənclərin gələcək peşələrində bu sahənin geniş tətbiqinə imkan yaratmaq, ictimaiyyətlə əlaqələr haqqında təlimlər keçərək, onlara bu sahədə lazım olan təməl bilikləri verməkdir.

Qeyd edək ki, “PR Məktəbi”nin iştirakçıları arasında əsasən üstünlük sosial aktivliyi ilə seçilən gənclərə veriləcək.

“PR Məktəbi” layihəsində iştirak etmək istəyən şəxslər9 sentyabr 2013-cü il tarixinə kimi elektron müraciət formasını doldurmalı (https://ireli.az/announcements/20130902092624989.html), daha sonra müsahibədə iştirak etməlidir.

16 sentyabrtarixində “PR Məktəbi”nin iştirakçılarının adları “İRƏLİ” İctimai Birliyi(www.ireli.az)və Hajizade Group(www.hajizadegroup.com)şirkətinin rəsmi saytlarında elan ediləcək.

Ünvan:“İRƏLİ” Gənclik Mərkəzi. Sabirküç. 3, İçərişəhər

Tel:(012) 492 80 45

OXŞAR XƏBƏRLƏR