“İrəli” yeni əməkdaşlıqlar qurur

“İrəli” yeni əməkdaşlıqlar qurur
GƏNCLİK
13:15 11.12.2013
1339

“İrəli” Tibb Klubu ilə “Sağlam Ailə” MMC arasında tibbi maarifləndirilmənin aparılması, fərdi inkişafı və təbliği sahəsində qarşılıqılı əməkdaşlıq haqqında memorandumu imzalanıb.

AZXEBER.COM xəbər verir ki, memorandum “İrəli” Tibb Klubunun rəhbəri Aytac Kərimli, “İrəli” İctimai Birliyinin Korporativ sektorla əlaqələr üzrə katibi Niyaz Əliyev və “Sağlam Ailə” MMC-nin direktoru Famil Eyvazov və İctimai əlaqələr şöbəsinin rəhbəri Nigar Rüstəmli tərəfindən imzalanıb.Görüşdə “İrəli” Tibb Klubu və “Sağlam Ailə” uzunmüddətli əməkdaşlığa hazır olduqlarını bildiriblər. Qeyd olunub ki, yaxın zamanda birgə iş birliyi çərçivəsində gənclər tərəfindən maraqla qarşılanacaq layihələrə start veriləcək.Həmçinin, “İrəli” İctimai Birliyi “SKY Group” kompaniyası ilə 1 illik əməkdaşlıq memorandumu imzalayıb. Memorandum “İrəli” İcitmai Birliyinin Korporativ sektorla əlaqələr üzrə katibi Niyaz Əliyev və “SKY Group” kompaniyasının Art meneceri Səbinə Cüməzadə tərəfindən imzalanıb. Qarşılıqlı iş birliyi nəticəsində yaxın günlərdə bir neçə layihələrin hazırlanaraq gənclərə təqdim olunması nəzərdə tutulur.

OXŞAR XƏBƏRLƏR