"İrəli"nin jurnalistlər və bloggerlər üçün elan etdiyi müsabiqəyə maraq artır

"İrəli"nin jurnalistlər və bloggerlər üçün elan etdiyi müsabiqəyə maraq artır
MEDİA
13:54 09.09.2011
2324
27.07.2011 tarixdə “İrəli” İctimai Birliyi və “Dünyaya Baxış” beynəlxalq təşkilatının “De-institusionalizasiya” mövzusunda elan etdiyi müsabiqə davam edir. Bu barədə Azxeber.com saytına “De-institusionalizasiya ilə bağlı ictimai məlumatlılığın artırılması ” layihəsinin rəhbəri Sevinc Sultanova məlumat verib: “Hazırda müsabiqəyə xeyli sayda material təqdim olunub və xüsusi ayrılmış münsiflər heyəti həmin materialları qiymətləndirir. Qeyd etmək istərdim ki, müsabiqə sentyabrın 15-ə qədər davam edir. İştirak etmək istəyənlər hazırladıqları materialları həmin vaxta qədər təqdim edə bilərlər”Onu da qeyd edək ki, Müsabiqə “De-institusionalizasiya ilə bağlı ictimai məlumatlılığın artırılması ” məqsədi ilə De-institusionalizasiya layihəsi çərçivəsində həyata keçirilir. Müsabiqə üçün hazırlanan materiallar “De-institusionalizasiya nədir və nə üçün lazımdır?”, “De-institusionalizasiya və alternativ qayğı sahəsində görülən işlər, mövcud problemlər və onların həll yolları” , “Müəssisədə yaşayan uşaqların ailələrə verilməsi və alternativ qayğıya cəlb edilməsi” kimi məsələləri əhatə etməlidir. Xatırladaq ki, müsabiqəni keçirməkdə əsas məqsəd KİV nümayəndələri, bloqqer, fotoqraf, aktiv gənclərin, eyni zamanda cəmiyyətin diqqətini bu mövzuya yönləndirərək ictimai məlumatlılığın düzgün şəkildə və qısa zamanda artırılmasıdır.Müsabiqə 10 nominasiya üzrə keçirilir:1) Ən yaxşı TV xəbəri2) Ən yaxşı radio proqramı3) Ən yaxşı qəzet məqaləsi4) Ən yaxşı elektron xəbər5) Ən yaxşı jurnal məqaləsi6) Ən yaxşı bloq yazısı7) Ən yaxşı sosial şəbəkə yazısı8) Ən yaxşı foto9) Ən yaxşı təqdimat 10) Ən yaxşı video çarxMüsabiqəyə təqdim olunan yazılar 300 sözdən, telesüjetlər , radio proqramlar və video çarxlar isə 2 dəqiqədən (müsabiqə dövründə ayrı-ayrı vaxtlarda verilmiş və ümumilikdə 2 dəqiqədən az olmayan telesüjet, radio proqramı və video çarxlar da təqdim oluna bilər) az olmamalıdır. Müsabiqə iştirakçıları yazılı materialın çap olunduğu qəzet və ya jurnalın bir nüsxəsini, elektron KİV-də və ya sosial şəbəkələrdə yerləşdirilmiş yazının saytdan çıxarılmış versiyasını, video süjetləri isə DVD-də olmaqla 15 sentyabr 2011-ci il tarixinədək “İrəli” İctimai Birliyində layihə rəhbəri Sevinc Sultanovaya təqdim olunmalı (Ünvan : Sabir küç. 3, İçərişəhər, AZ1000, Bakı, Azərbaycan), yazıların elektron forması isə [email protected]/* */ ünvanına göndərilməlidir.Xatırladaq ki, müsabiqəyə təqdim olunmuş materiallar “İRƏLİ” İctimai Birliyində yaradılmış münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Nominasiyalar üzrə 1- ci yerin qalibləri pul mükafatı ilə mükafatlandırılacaq. 10 nominasiyanın hər biri 100 AZN məbləğində mükafatla təltif olunacaq.
OXŞAR XƏBƏRLƏR