Məşhur müğənni İrem Derici sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.
AZXEBER.COM xəbər verir ki, o, instaqram hesabında mərhum "TikTok" fenomeni Tosu Zəngilanlının (Abbasov Əbülfət) videosunu paylaşıb.
Sözügedən video Tosunun toylardan birində lentə alınan görüntüləridir. Derici videoya, "Konsertlər başlasın", - deyə əlavə edib.
Sənətçinin bu paylaşımı xeyli marağa səbəb olub.