İrəvan ağlamasın - Erməni körpələrinə...

İrəvan ağlamasın - Erməni körpələrinə...
KÖŞƏ
02:00 28.12.2014
2443

Bəlkə də, ən kövrək sözlər, göz yaşları və yollara zillənmiş ümidsiz baxışlar bunu ifadə edəcək qədər deyil...

Bir evdə atasız qalan üç uşaq...

İrəvanda – naməlum erməninin adını daşıyan qədim türk küçəsində işıqlar daha tez sönür. Hər dəfə üç körpə oğlan uşağı nağılların dadını-duzunu çıxarmadan, sevgili sözlər altında mışıldamadan yuxuya dalır, uşaqlığın daha tez bitdiyini anlayırlar.

Hava daha soyuqdur.

Ağrıdağının şəffaf gecələri insanı buz kimi kəsir. Gecə səhərədək bu şaxta o körpələrin yuxusuna girərək üşüdür, titrədir və qucağına sığınmağa ata qollarını axtarır.

Amma daha ata zamanı deyil, əziz körpələr!!!

Bir azdan Şaxta Babab Şimaldan atlara qoşulmuş xizəyi ilə gəlib çıxacaq. Kirəmitli evin, bacasından əlinə boğçasını sallayacaq...

Gecənin sükutuna doğru atılan güllə səsi...

Hər şey beləcə başa çatır. Amma hələ baş-la bağlı başlamağa o qədər şey qalıb ki...

Xəzərin sahilində 6 yaşlı bir qız uşağı da Şaxta Babanı gözləyir.

Çünki, onun da atasını gözləməyə səbəbi yoxdur. Zamansız böyüdü o qız. İlk dəfə gözünün bakirəliyini amansız tale yaşlarına qurban verdi.

Alnınında şəhid qızı, sənədində isə Azərbaycan qızı yazıldı.

Hər Yeni il gələndə onu gözləyənlərin sayı daha artır.

Nə qədər ki, güllələr danışacaq, o qədər də atalar uzaq yollardan dönməyəcək, Şaxta Babanın isə hədiyyələri durmadan artacaq.

Nə qədər ki, Qara bağlarında güllədən qar yağacaq, murdar nəfəs havamızı korlaycaq, o qədər də İrəvanda göz yaşı axacaq.

Nə qədər ki, öz torpağında mühakimə etməyə sonuncu azərbaycanlı qalacaqsa, o qədər İrəvanda yetimlər evinin sakini çoxalacaq.

P.S.

Sizə yalan danışırlar.

Yetim qalmaq istəmirsinizsə, işdən gələn atanızın qucağına atılmaq sevincini yaşamaq istəyirsinizsə, ey erməni körpələri, atalarınızın dizlərinə sarılın.

Sizə evinin bir hissəsini vermiş, yaşamaq üçün torpağını qurban vermiş insanı öldürməyə qoymayın.

Ayaqlarına dolaşın, onu evdə gözləyəcəyinizi deyin.Yoxsa, ənpis nağıl evə qara örtükdə, üstündə paslanmış xaç olan tabutun gəlişi olacaq.

OXŞAR XƏBƏRLƏR