İrəvan meriyasına seçkilərin vaxtı açıqlanıb

İrəvan meriyasına seçkilərin vaxtı açıqlanıb
DÜNYA
18:19 18.05.2023
212
Bu ilin 17 sentyabr tarixində İrəvanın yeni meri seçiləcək.

Bu barədə Ermənistan Mərkəzi Seçki Komitəsinin sədri Vaaqn Hovakimyan ölkənin İctimai Televiziyasına müsahibəsində bildirib.

Hovakimyan qeyd edib ki, seçkilərin tarixi ilə bağlı məsələ Seçki Məcəlləsi ilə tənzimlənir və buna müvafiq olaraq, seçkilər 10-20 sentyabr aralığında keçirilə bilər.

"Bu dövrdə də cəmi bir bazar günü var ki, o da 17 sentyabrdır”, - deyə Hovakimyan bildirib.
 
///APA
OXŞAR XƏBƏRLƏR