İrəvan yeni qarşıdurma ilə üz-üzədir

DÜNYA
01:10 03.11.2013
1536
İrəvanın şəhər nəqliyyatında gediş haqlarının qaldırılması qaçılmazdır. ANS PRESS-in məlumatına görə, bu barədə bir neçə erməni jurnalistlə söhbəti zamanı şəhərin meri Taron Markaryan bildirib.Onun sözlərinə görə, hazırda müvafiq komissiya bu məsələnin üzərində işləyir və qiymətlər qaldırılacaq: “Hazırda komissiya xidməti təhlükəsiz və keyfiyyətli gerçəkləşdirmək üçün hansı tarifin tətbiq edilməsi məsələsini müzakirə edir”.İrəvanda nəqliyyatda gediş haqları indi 100 dram, yəni təxminən 20 qəpikdir. Amma şəhər rəhbərliyi bu ilin birinci yarısında gediş haqqını 150 drama, yəni təxminən 30 qəpiyə qaldırmaq istəyirdi ki, bu, İrəvanda böyük narazılığa səbəb olub. Etirazçılar meriyanın binasını mühasirəyə alaraq məmurları içəri buraxmamışdılar. Ona görə də şəhər rəhbərliyi geri addım atmağa, məsələni dondurmağa məcbur olmuşdu.Amma Taron Markayanın sözlərindən belə çıxır ki, İrəvan rəhbərliyi artıq bu məsələdə qərarlıdır: “Əgər biz bu gün şəhər nəqliyyatının problemini həll etməsək, qarşıdan gələn illərdə şəhərdə müntəzəm nəqliyyat yoxa çıxacaq. İki ildən sonra İrəvanda şəhər nəqliyyatı yoxa çıxarsa, nə edəcəyik?”- deyə erməni məmuru sual edib.

OXŞAR XƏBƏRLƏR