İrəvanda ABŞ səfirliyi qarşısında etiraz aksiyası keçirilib

İrəvanda ABŞ səfirliyi qarşısında etiraz aksiyası keçirilib
DÜNYA
14:45 22.03.2025
285
ABŞ-nin İrəvandakı səfirliyi yaxınlığında Pentaqonun Ermənistandakı hərbi-bioloji bazalarına qarşı etiraz aksiyası keçirilib.

"Report” "Sputnik Ermənistan”a istinadən xəbər verir ki, vətəndaşlar əllərində "Pentaqonun Ermənistandakı bioloji hərbi bazalarına YOX”, "ABŞ-nin ölümcül hərbi-bioloji laboratoriyalarına YOX”, "ABŞ-nin bioloji laboratoriyaları Ermənistan üçün təhlükə yaradır” yazılmış plakatlar tutublar.

Aksiya iştirakçılarından biri ABŞ səfiri Kristina Kvinin Ermənistanda "persona non qrata” elan edilməsi üçün imza toplanıldığını açıqlayıb.

Etirazçılar bazar ertəsi ABŞ-nin Ermənistandakı səfirinə öz tələblərini əks etdirən məktub təqdim etməyi planlaşdırırlar.
OXŞAR XƏBƏRLƏR