Ermənistan KİV-lərində və sosial şəbəkələrdə İrəvanda silahlı üsyan haqqında məlmatlar yayılıb.
Bundan bir qədər sonra Ermənistan Milli Təhlükəsizlik Xidməti bu xəbərlərin doğru olmadığı barədə bəyanat yayıb və dövlət orqanlarının adi rejimdə işləməkdə davam etdiyini bildirib.
Lakin bəyanatda etiraf edilir ki, bir qrup silahlı şəxs bu gün səhər Ermənistan polisinin komendant polku ərazisinə daxil olublar və silah təhdidi ilə oradakı şəxsləri həbs ediblər.
Bəyanatda təsdiq edilir ki, komendantlığı ələ keçirənlərlə danışıqlar aparılır. Eyni zamanda sosial şəbəkələrdə üsyançılar kimi təqdim olunan silahlı şəxslərin digər dövlət obyektlərini də ələ keçirməsi haqqında informasiyalar yayılmaqda davam edir.
Təhlükəsizlik xidməti bu və hər hansı digər belə hərəkətlərin ən ağır şəkildə cəzalandırılacağı barədə xəbərdarlıq edib. (musavat)