İrəvanda sərhədin delimitasiyası qərarına etirazlar çərçivəsində ilk qurulub.
AZXEBER.COM xəbər verir ki, bu barədə Novosti Armenia məlumat yayıb.
"İrəvanda skamyalar və zibil qutularından ibarət ilk barrikadalar görünməyə başlayıb, polis etirazçıları saxlayır”, - agentliyin məlumatında deyilir.
Xatırladaq ki, mayın 11-də Ermənistan polisinin İrəvanda etiraz aksiyası keçirən 48 nəfəri saxladığı bildirilirdi.
Mayın 9-da İrəvanın Respublika meydanında minlərlə adamın iştirakı ilə mitinq keçirilib. İnsanlar ölkə hökumətinin Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı qərarına etiraz edərək, Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb ediblər.