İrəvanda etirazçılarla polis arasında qarşıdurma - 14 nəfər saxlanıldı

İrəvanda etirazçılarla polis arasında qarşıdurma - 14 nəfər saxlanıldı
DÜNYA
23:37 22.04.2021
576
Ermənistan Baş Prokurorluğunun binası qarşısında polis əməkdaşları ilə etiraz aksiyasının iştirakçıları arasında toqquşmalar olub.

AZXEBER.COM Report-a istinadən xəbər verir. Qeyd edilir ki, etirazçılar binaya yumurtalar atıb. Bundan sonra polislə aksiya iştirakçıları arasında qarşıdurma baş verib. TASS agentliyi isə bildirib ki, aksiyaçılar polisə butılkalar atıb. Məlumata görə, hazırda prokurorluğun binası qarşısında gərgin vəziyyət hökm sürür. Aksiya iştirakçıları Sünik vilayətinin icma liderlərinin azad olunmasını tələb edirlər. Etirazçılar bildirirlər ki, icma liderləri qanunsuz saxlanılıb.

Toqquşma zamanı polis əməkdaşlarından biri xəsarət alıb.
OXŞAR XƏBƏRLƏR