İrəvanda etirazlar davam edir - 72 saatlıq oturaq piket

DÜNYA
21:55 27.07.2015
1371
“Qalx, Ermənistan” hərəkatı İrəvanda 72 saatlıq oturaq piket keçirməyə hazırlaşır.AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə hərəkatın yaydığı məlumatda bildirilir:“Serj Sarkisyanın 27 iyun tarixli çıxışından bir ay keçir. Lakin, elektrik enerjisi tariflərinin bahalaşması məsələsi hələ də həll olunmayıb.Buna görə də, “Qalx, Ermənistan” vətəndaş hərəkatının Şurası İrəvanın mərkəzindəki Respublika meydanında 72 saatlıq oturaq piket keçirməyə və Baqramyan küçəsindəki aksiyalar zamanı vətəndaşların irəli sürdüyü bütün tələbləri yenidən səsləndirməyə qərar verib”.Xatırladaq ki, İrəvanda etirazlar elektrik enerjisi tariflərinin artması barədə qərar qəbul olunduqdan sonra başlayıb. İyunun 19-dan aksiya iştirakçıları İrəvanın mərkəzi prospekti Baqramyanı bağlayıblar.
OXŞAR XƏBƏRLƏR