İrəvanda Mirzoyan və Rubionun görüşü başlayıb

İrəvanda Mirzoyan və Rubionun görüşü başlayıb
DÜNYA
17:59 26.05.2026
238
İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio arasında görüş başlayıb.

"Armenpress”-in məlumatına görə, görüşdən sonra Anlaşma Memorandumunun imzalanma mərasimi keçiriləcək, bundan sonra Ararat Mirzoyan və Marko Rubio mətbuata açıqlama verəcəklər.

Marko Rubio bir müddət əvvəl həyat yoldaşı Janett Rubio ilə birlikdə İrəvana gedib. Onları Zvartnots hava limanında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan qarşılayıb.

OXŞAR XƏBƏRLƏR