Ukrayna Prezidenti Volodimir Zelenski İstanbula gedib.
AZXEBER.COM xəbər verir ki, bu barədə Ukrayna liderinin rəsmi teleqram kanalında məlumat verilib.
Məlumata görə, Zelenski burada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Görüşdə Qara dənizdə gəmiçilik təhlükəsizliyi və Ukraynadakı münaqişə məsələləri müzakirə olunacaq.











































