İrəvanda partlayış baş verib, yaralılar var

İrəvanda partlayış baş verib, yaralılar var
DÜNYA
20:36 30.09.2025
224
Bu gün İrəvan şəhərinin Ayasa küçəsində yerləşən tikiş sexində partlayış baş verib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan mediası Milli Böhran İdarəetmə Mərkəzinə istinadən məlumat yayıb.

Partlayış nəticəsində 4 nəfər xəstəxanaya yerləşdirilib.

Məlumata görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə dəstəsi göndərilib.

Fəaliyyətsiz sexin birinci mərtəbəsindəki otaqlardan birində hələ müəyyən edilməmiş səbəblərdən partlayışın baş verdiyi bildirilir.
OXŞAR XƏBƏRLƏR