İrəvanda Paşinyanın istefası tələbi ilə mitinq keçirilib - VİDEO

İrəvanda Paşinyanın istefası tələbi ilə mitinq keçirilib - VİDEO
DÜNYA
23:50 16.11.2021
524
Bu gün Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatlar növbəti dəfə hərbi uğursuzluqla nəticələnib. AzVision.az xəbər verir ki, bu səbəbdən də paytaxt İrəvanda etiraz aksiyası keçirilib.
 
Yerli medianın yazmasına görə, İrəvanın Respublika meydanına toplaşan 500-ə yaxın insan baş nazir Nikol Paşinyanın istefasını tələb edib. "Newspress.am"ın təsisçisi Ariana Hovsepyan "Facebook" hesabında açdığı canlı yayımda insanların sayının getdikcə artdığını, lakin "bu rəqəm xain hökuməti devirmək üçün hələ də çox kiçik olduğunu” bildirib.

O, özünü erməni hesab edən, ölkənin və övladlarının gələcəyindən narahat olan hər kəsi onlara qoşulmağa çağırıb. "Meydana çıxın, buradan getməyəcəyik” deyə çağırış edib.
OXŞAR XƏBƏRLƏR