İrəvandakı partlayışın təfərrüatları məlum olub - FOTO

İrəvandakı partlayışın təfərrüatları məlum olub - FOTO
DÜNYA
17:20 09.10.2022
287
İrəvanın rayonlarından birindəki hosteldə baş verən partlayışın təfərrüatları məlum olub.

Məlumata görə, partlayış nəticəsində iki nəfər yanıq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib.

İnsident İrəvanın Baqratunyans prospektindəki təxminən 150 kv.m sahəsi olan D&D qonaq evində qeydə alınıb. Bildirilib ki, hostelin iki otağının tavanı, dəhlizin tavanı və divarı, qapı və pəncərələri zədələnib.

Sosial şəbəkələrdə hadisə yerindən görüntülər dərc edilib.
 

OXŞAR XƏBƏRLƏR