UNESCO-nun baş direktoru İrina Bokova ikinci müddətə bu vəzifəyə seçilib.
Qərar bu gün UNESCO Baş Konfransının Parisdə keçirilən 37-ci sessiyasında qəbul olunub.
Xatırladaq ki, baş direktor 4 illiyə seçilir.
İ. Bokova 2009-cu ilin oktyabrında UNESCO-nun baş direktoru seçilib və bu vəzifəyə gələn ilk qadın olub. Bundan əvvəl o, Bolqarıstanın Fransa səfiri, 1996-97-ci illərdə isə Bolqarıstanın xaric işlər naziri vəzifəsində çalışıb.(APA)