İrlandiyadan "İsrailə qırmızı vərəqə göstər" çağırışına DƏSTƏK

İrlandiyadan "İsrailə qırmızı vərəqə göstər" çağırışına DƏSTƏK
İDMAN
12:10 04.03.2025
206
İrlandiya Premyer Liqasının 4-cü həftəsində "Droqeda Yunayted"lə matçda bohemiyalı azarkeşlər İsrailə qırmızı vərəqə göstəriblər.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, paytaxt Dublindəki Dalymount Parkda oynanan və qonaq komandanın 1-0 üstünlüyü ilə bitən matçda bohemiyalı azarkeşlər tribunada Fələstin bayrağını açaraq və əllərində qırmızı kartonlar tutaraq İsrailin soyqırımına reaksiyalarını nümayiş etdiriblər.

Azarkeşlər tribunalarda şüarlar səsləndirərək, İsraili beynəlxalq futbol tədbirlərinə qadağa qoymağa çağırıblar.

Azarkeşlər UEFA və FİFA-ya müraciət edərək əllərində "İsrailə qırmızı kartı göstər" yazılmış pankart qaldırıblar.

"Bohemian Club"da həmin anları sosial media hesablarında alqış emojiləri ilə paylaşaraq pərəstişkarlarına dəstək olub.
 
Gülay
OXŞAR XƏBƏRLƏR