BAKU AZƏRBAYCAN
8°C
euro 1.8710
dollar 1.7010
rubl 0.0268
lirə 0.2700

İrşad Electronics Koronavirusla Mübarizəyə Dəstək Fonduna 30 min manat ayırıb

İrşad Electronics Koronavirusla Mübarizəyə Dəstək Fonduna 30 min manat ayırıb
İQTİSADİYYAT
10:15 21.03.2020
3881
İrşad Electronics Koronavirusla Mübarizəyə Dəstək Fonduna 30 min manat köçürəcəyini bildirib. Şirkət birdəfəlik vəsaitlə kifayətlənməyərək, hər satışdan müəyyən məbləğin də həmin fonda ayrılacağını bəyan edib.
 
"Bu sınaq günlərində hər birimizin üzərinə böyük məsuliyyət düşür. Xalqımızın sağlamlığı üçün biz də bacardığımız kimi dəstək verməyə hazırıq. Satışlarımızdan ayrılan vəsaitlə təkcə biz yox, İrşad Electronics-in bütün alıcıları bu mübarizəyə qoşulmuş olacaqlar”, - İrşad Electronics-in marketinq direktoru Əli Bədəlov belə deyib. Əlavə edib ki, ümumiyyətlə, şirkət koronavirusla mübarizə məqsədi ilə bir sıra tədbirlər həyata keçirməyi də planlaşdırıb. 

İrşad Electronics ölkə üzrə 30-dan artıq mağazaya malik mobil telefon, elektrotexnika və məişət avadanlıqları satışı şəbəkəsidir. 

Koronavirusla Mübarizəyə Dəstək Fondu Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli 1948 nömrəli sərəncamına əsasən yaradılıb.

OXŞAR XƏBƏRLƏR