İş adamı hamilə sevgilisini küçədə döyüb bu günə qoydu - Foto

İş adamı hamilə sevgilisini küçədə döyüb bu günə qoydu - Foto
SOSİAL
10:33 14.09.2019
4042

Türkiyəli model-aktrisa Ceren Kaplakarslan ilə anası Nuray Deveci Yeşiltepe gənc manekenin sevgilisi, iş adamı Temel Kankıran tərəfindən fiziki şiddətə məruz qalıb.

Hadisə 1 sentyabrda baş versə də, bir neçə gün öncə KİV-də yayılıb. Belə ki, modelin atası Atilla Kaplakarslan "Kanal D”də yayımlanan "Müge ve Gülşenle 2-ci sayfa proqramı”na canlı yayıma qoşularaq qızı ilə həyat yoldaşının başına gələnlər barədə məlumat verib.

 

Fotoda: Ceren Kaplakarslan, Atilla Kaplakarslan və Rafet El Roman

Onun sözlərinə görə, biznesmendən 6 aylıq hamilə olan qızı anası ilə xəstəxanaya gedib. Hər iki şəxsə qarşı hücum da məhz orada baş verib:

"Özünü həm də Milli Kəşfiyyat Təşkilatının (MİT) üzvü kimi təqdim edən o şəxs xəstəxanaya gedərək qızım hamiləliyi ilə bağlı instaqramda paylaşım etdiyinə görə onunla mübahisə edib. Daha sonra qızım xəstəxanadan çıxıb evə getmək üçün avtomobilinə minməyə çalışıb. Bu zaman Kankıran qızımı maşından məcbur endirərək öz avtomobilinə mindirmək istəyib. Anası müdaxilə edəndə silahını çıxararaq arvadımın iki qolunu qırıb. Daha sonra silahın arxası isə qızımın gözünə vurub və hər ikisini təpikləməyə başlayıb. Ətrafdakı insanların köməyilə qızımla yoldaşım o caninin əlindən xilas olunub. Xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri stabildir”.

Fotoda: Temel Kankıran

Ceren Kaplakarslan da hadisəni təsdiqləyib. O, biznesmenlə 3 il öncə sevgili oldğunu, 1 il əvvəl ondan ayrıldığını, lakin dəfələrlə qarşı tərəfin onu valideynlərini öldürəcəyi təhdidi ilə qarşılaşdığına görə münasibətini davam etdirmək məcburiyyətində olduğunu açıqlayıb.

Baş vermiş hadisə mətbuatda işıqlandırıldıqdan sonra Kankıran polisə təslim olub. O, tutularaq həbsxanaya göndərilib.

Qeyd edək ki, C. Kaplakarslan müğənni Rafet El Romanın keçmiş həyat yoldaşıdır.  

 

qafqazinfo

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan XİN Pakistana başsağlığı verib
19:38 28.06.2025
Azərbaycan XİN Pakistana başsağlığı verib
Rusiya XİN azərbaycanlılara qarşı zorakılığa münasibət bildirib
19:26 28.06.2025
Rusiya XİN azərbaycanlılara qarşı zorakılığa münasibət bildirib
Ombudsman Səbinə Əliyeva Rusiya ombudsmanına rəsmi məktub ünvanlayıb
19:15 28.06.2025
Ombudsman Səbinə Əliyeva Rusiya ombudsmanına rəsmi məktub ünvanlayıb
Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil ediləcək
18:53 28.06.2025
Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil ediləcək
Zelenski Trampla son görüşdən razı qaldığını açıqlayıb
18:41 28.06.2025
Zelenski Trampla son görüşdən razı qaldığını açıqlayıb
Baksol yolunda kanalizasiya quyusuna düşən gəncin meyiti tapılıb
18:36 28.06.2025
Baksol yolunda kanalizasiya quyusuna düşən gəncin meyiti tapılıb
Ukrayna Təhlükəsizlik Xidməti Krımda Rusiyanın 3 helikopterinin məhv edildiyini bildirdi
17:49 28.06.2025
Ukrayna Təhlükəsizlik Xidməti Krımda Rusiyanın 3 helikopterinin məhv edildiyini bildirdi
Yekaterinburqda işgəncələrə məruz qalan Vüqar Səfərov: “QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər - FOTO
17:35 28.06.2025
Yekaterinburqda işgəncələrə məruz qalan Vüqar Səfərov: “QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər - FOTO
Rusiyada hücuma məruz qalan azərbaycanlıları ÖMÜRLÜK HƏBS gözləyir - İttihamları BİLİNDİ
17:21 28.06.2025
Rusiyada hücuma məruz qalan azərbaycanlıları ÖMÜRLÜK HƏBS gözləyir - İttihamları BİLİNDİ
İş adamları və əhali “Ziraat Bank Azərbaycan”dan pullarını geri götürür
17:05 28.06.2025
İş adamları və əhali “Ziraat Bank Azərbaycan”dan pullarını geri götürür
Azərbaycan meyvə-tərəvəz idxalını və ixracını artırıb
16:49 28.06.2025
Azərbaycan meyvə-tərəvəz idxalını və ixracını artırıb
Cümşüd evin tək övladı imiş… - VİDEO
16:44 28.06.2025
Cümşüd evin tək övladı imiş… - VİDEO
Rusiyada şovinist siyasətin yeni dalğası: Miqrantlara və qeyri-ruslara qarşı sistemli təzyiqlər
16:23 28.06.2025
Rusiyada şovinist siyasətin yeni dalğası: Miqrantlara və qeyri-ruslara qarşı sistemli təzyiqlər
Bakıda iqtisadi əməkdaşlıq görüşü baş tutdu - FOTOLAR
16:21 28.06.2025
Bakıda iqtisadi əməkdaşlıq görüşü baş tutdu - FOTOLAR
Rusiyada qətlə yetirilənlərin cənazələrinin Azərbaycana gətiriləcəyi TARİX BİLİNDİ
16:16 28.06.2025
Rusiyada qətlə yetirilənlərin cənazələrinin Azərbaycana gətiriləcəyi TARİX BİLİNDİ
KİV: Moskva vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, ölənlər var
15:57 28.06.2025
KİV: Moskva vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, ölənlər var