"İş adamıdır" - Oksana ilk dəfə övladının atasından danışdı

"İş adamıdır" - Oksana ilk dəfə övladının atasından danışdı
MAQAZİN
16:13 24.11.2018
9970
Rəqqasə Oksana Rəsulova ilk dəfə həyat yoldaşından danışıb. 

Sənətçi "Zaurla Günaydın"da deyib ki, əri Türkiyədə yaşayır. Ana olduqdan sonra kökələn Oksana ərinin onu hər halı ilə bəyəndiyini deyib:

"Əsas odur bu halımı o, bəyənir. İstəmir efirdə adı çəkilsin. Türkiyədə yaşayır, azərbaycanlıdır. Bizneslə məşğuldur. Sonuncu dəfə Bakıya 1 ay bundan əvvəl gəlib. Vaxt gələndə hamı onu görəcək".

Qeyd edək ki, Oksananın oğlu dünyaya gəlib. Rəqqasə övladına Osman adını qoyub.
///Axşam.az
OXŞAR XƏBƏRLƏR