İş görən zaman balta ilə ayağını kəsdi

İş görən zaman balta ilə ayağını kəsdi
SOSİAL
11:56 09.04.2017
897
Qazax rayonunda bədbəxt hadisə nəticəsində yerli sakin balta ilə ayağını kəsib.

Hadisə səhər saatlarında rayonun Qarapapaq kəndində baş verib.

Kənd sakini, 1961-ci il təvəllüdlü, Məmmədov Mayis İsmayıl oğlu həyətdə ağac kəsən zaman ehtiyatsız davranaraq baltayla sol ayaq pəncəsində barmaqlarını kəsib. Yaralı yaxınları tərəfindən xəstəxanaya aparılıb. Dərhal əməliyyata alınan yaralının vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.

///report

OXŞAR XƏBƏRLƏR