Ötən gün mətbuatda Azərbaycanda iş saatlarının dəyişdirilməsi məqsədilə mühüm addımların atılması barədə xəbər tirajlanıb.
Bu labüd məsələnin icrası yaxın gələcəkdə reallaşa bilər.
Ən vacib faktor isə paytaxtda iş yerlərinin dəyişkən qrafik əsasında fəaliyyət göstərməsinin işçilərə daha rahat hərəkət etmək imkanı yaratması və iş-nəqliyyat balansının optimallaşacağıdır.
Qeyd edək ki, dünya praktikasında ən ideal iş saatları bu cürdür:
07:00–15:00 (Erkən başlayanlar üçün)
08:00–16:00 (Standart iş vaxtı)
09:00–17:00 (Ənənəvi iş rejimi)
10:00–18:00 (Gec başlayanlar üçün)
Həqiqətən iş saatlarının minimuma endirilməsi paytaxtda tıxacların qarşısını ala bilər?
Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov deyib ki, Azərbaycanda iş saatlarının dəyişdirilməsi hazırda müşahidə olunan tıxacların azalmasına müsbət təkan verəcək:
"Erkən saatlarda yola çıxan insanlar həmçinin avtomobillər sıxlıq yaradır, daha sonra bu sıxlıqlar tıxaca çevrilir. Nəzərə alsaq ki, əsas iş yerləri istər dövlət, istərsə də digər dövlət qurumları, iri alış-veriş mərkəzləri olsun, bunların hamısı Bakı şəhərinin mərkəzində yerləşir, elə məhz sıxlıq da bu ərazidə baş verir. Düşünürəm ki, paytaxtda iş saatlarının dəyişdirilməsi qismən də olsa, tıxacların azalmasına müsbət təkan verəcək".
Mikayıl Mirzəzadə