İş vaxtında 1 saatlıq icazə yazılı olmalıdır?

İş vaxtında 1 saatlıq icazə yazılı olmalıdır?
SOSİAL
22:08 18.07.2026
1197
İşçilərin iş vaxtı ərzində şəxsi səbəblərlə qısa müddətlik, məsələn, 1 saatlıq işdən ayrılması halları müəssisələrdə tez-tez rast gəlinən məsələlərdən biridir.

Bəs belə hallarda icazənin mütləq yazılı şəkildə rəsmiləşdirilməsi qanunvericiliyin tələbidirmi, yoxsa bu, işəgötürənin daxili qaydalarından asılıdır?

AZXEBER.COM  bildirir ki, mövzu ilə bağlı konkret.az-a danışan iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, bu məsələ birbaşa Əmək Məcəlləsi ilə deyil, əsasən müəssisənin daxili əmək intizamı qaydaları və əmək müqaviləsinin şərtləri ilə tənzimlənir.

Onun sözlərinə görə, qanunvericilikdə işçinin 1 saatlıq və ya digər qısa müddətli icazəsinin hansı formada – yazılı və ya şifahi rəsmiləşdirilməsinin məcburi olduğu barədə konkret tələb yoxdur.

"Bu, hər bir müəssisənin daxili qaydaları ilə həll olunur. Eyni zamanda əmək müqaviləsində də bununla bağlı müddəalar nəzərdə tutulur. İcazə həm yazılı, həm də şifahi şəkildə verilə bilər. Bu, müəssisənin daxili intizam qaydalarından asılıdır. Əmək Məcəlləsində bu məsələnin necə rəsmiləşdirilməli olduğu birbaşa göstərilməyib. Qaydalar müəssisədaxili sənədlərlə tənzimlənir”, – deyə ekspert vurğulayıb.

Əkrəm Həsənov qeyd edib ki, bəzi işəgötürənlər gələcəkdə yarana biləcək mübahisələrin qarşısını almaq və iş vaxtının uçotunu düzgün aparmaq məqsədilə qısa müddətli icazələrin yazılı ərizə və ya elektron müraciət əsasında rəsmiləşdirilməsini tələb edirlər. Bu yanaşma hüquqi baxımdan mümkündür və müəssisənin daxili intizam qaydalarına uyğun olduğu halda tətbiq edilə bilər.

Ekspertin fikrincə, işçi və işəgötürən arasında bu kimi məsələlərin əvvəlcədən müəyyən edilmiş daxili prosedurlar əsasında həll edilməsi sonradan yarana biləcək anlaşılmazlıqların qarşısını alır. Buna görə də işçilər işlədikləri müəssisənin daxili əmək intizamı qaydaları və əmək müqaviləsində nəzərdə tutulan şərtlərlə yaxından tanış olmalıdırlar.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hörmüz boğazından keçən neft tankeri minaya düşüb
18:51 27.10.2026
Hörmüz boğazından keçən neft tankeri minaya düşüb
Marsol Group və Dövlət Məşğulluq Agentliyi arasında işgüzar görüş keçirildi -FOTOLAR
18:34 27.10.2026
Marsol Group və Dövlət Məşğulluq Agentliyi arasında işgüzar görüş keçirildi -FOTOLAR
Böhran əvvəlcə pıçıldayır, sonra qışqırır
18:23 27.10.2026
Böhran əvvəlcə pıçıldayır, sonra qışqırır
Moskvanın üç hava limanında məhdudiyyətlər tətbiq olunub
18:23 27.10.2026
Moskvanın üç hava limanında məhdudiyyətlər tətbiq olunub
Novak: Rusiya Avropaya qaz tədarükünü bərpa etməyə hazırdır
18:10 27.10.2026
Novak: Rusiya Avropaya qaz tədarükünü bərpa etməyə hazırdır
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşdü - FOTOLAR
17:55 27.10.2026
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşdü - FOTOLAR
Mədəni diplomatiyadan vətəndaş cəmiyyətinə uzanan şərəfli yol
17:51 27.10.2026
Mədəni diplomatiyadan vətəndaş cəmiyyətinə uzanan şərəfli yol
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTOLAR
17:51 27.10.2026
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTOLAR
Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu
17:48 27.10.2026
Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu
Pezeşkian: ABŞ və İsrail qlobal enerji təhlükəsizliyini təhdid edir
17:44 27.10.2026
Pezeşkian: ABŞ və İsrail qlobal enerji təhlükəsizliyini təhdid edir
Baş Prokurorluğu və DİN-dən birgə məlumat: Siyəzəndə ağır cinayətin üstü açıldı
17:41 27.10.2026
Baş Prokurorluğu və DİN-dən birgə məlumat: Siyəzəndə ağır cinayətin üstü açıldı
Havaların soyuması ailə büdcəsinə necə təsir edir?
17:40 27.10.2026
Havaların soyuması ailə büdcəsinə necə təsir edir?
Qətərdən İrana çağırış: Təhdidləri dayandırın, Hörmüz boğazını açın
17:39 27.10.2026
Qətərdən İrana çağırış: Təhdidləri dayandırın, Hörmüz boğazını açın
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
17:34 27.10.2026
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
“Crystal Group of Companies” ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi
17:25 27.10.2026
“Crystal Group of Companies” ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi
Azərbaycanda 163 min ailəyə qadın başçılıq edir – Rəsmi statistika
17:22 27.10.2026
Azərbaycanda 163 min ailəyə qadın başçılıq edir – Rəsmi statistika