İş xanımı evində ölü tapıldı

İş xanımı evində ölü tapıldı
SOSİAL
11:26 27.02.2025
458
Türkiyəli iş xanımı Beyhan Benardete Muğlanın Bodrum rayonundakı evində ölü tapılıb.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çamlık məhəlləsindəki evində tək yaşadığı bildirilən Benardetenin (61) yaxınları ondan xəbər ala bilməyib və vəziyyəti səlahiyyətlilərə bildirib.

Daha sonra məmurlar Benardetenin evinə daxil olub və iş adamını evin qonaq otağında yerdə hərəkətsiz vəziyyətdə tapıblar.

Hadisə yerinə gələn həkimlər Benardetenin həyatını itirdiyini müəyyən ediblər.
 
Qeyd edək ki, iş xanımı Beyhan Benardetenin keçmiş milli qolfçu olduğu və bir çox yarışlarda iştirak etdiyi öyrənilib.
 
Aysel
OXŞAR XƏBƏRLƏR