Böyük Britaniyanın BBC teleşirkəti öz əməkdaşları üçün yeni qadağa qoyub. Artıq BBC-də işləyən bütün jurnalistlər öz iş yerlərində banan yeyə bilməyəcəklər.AZXEBER.COM-un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu addımın səbəbi jurnalistlərdən birinin ağır allergik reaksiyadan rəhbərliyə şikayət etməsi olub.BBC-nin mətbuat xidməti də bu informasiyanı təsdiq edib. “The Sun” qəzetinin yazdığına görə, artıq bu şirkətdə nəinki banan yemək, hətta bananın qabığını belə soymaq qadağandır.