AZXEBER.COM Oxu.az-a istinadən məlumatına görə, paytaxtın Səbail rayonunda bu əməli törətməkdə şübhəli bilinən 26 yaşlı Ə.Nərimanov polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, şübhəli şəxs bir neçə dəfə iş yoldaşına mobil tətbiq vasitəsilə pul köçürməkdə kömək edib. O, bu zaman həmin şəxsin məlumatlarını mobil tətbiqdə yadda saxlayaraq sonradan onun hesabından hissə-hissə ümumilikdə 6 000 manata yaxın pul vəsaitini ələ keçirib.











































