İş yoldaşlarını zorlayıb öldürdü

SOSİAL
16:22 19.05.2016
6293
Belarusda növbəti ölüm hökmü çıxarılıb.
 Barəsində ağır hökm çıxarılan Qomel sakini iki qadını zorlayıb öldürməkdə təqsirkar bilinir.
O, qadınları aldadıb avtomobilinə mindirib, sonra qaraja aparıb onlarla zorakı seksual hərəkətlər edib, zorladıqdan sonra öldürüb. Qadınların cəsədlərini meşəyə aparan kişi onları orada gizli yerdə basdırıb.
Qatilin qurbanları iş yoldaşları olublar. Təqsirləndirilən şəxs əvvəllər soyğunçuluq etdiyinə görə məhkum olunub və vaxtından əvvəl azadlığa buraxılıb. O, evlidir və 3 övladı var.
Belarus Avropada yeganə ölkədir ki, ölüm hökmünü ləğv etməyib.
///modern.az

OXŞAR XƏBƏRLƏR