İsa Həbibbəyliyə çətir tutan şəxsin kimliyi bəlli oldu - FOTO

İsa Həbibbəyliyə çətir tutan şəxsin kimliyi bəlli oldu - FOTO
SOSİAL
13:00 21.01.2026
1234
Sosial şəbəkələrdə müzakirə olunan, AMEA-nın Prezidenti İsa Həbibbəyliyə çətir tutan şəxsin kimliyi bəlli olub.
 
Bu şəxs AMEA Rəyasət Heyətinin elmi katibi Coşqun Məmmədovdur. O uzun müddət Akademiyanın vitse-prezidentinin xidmətində çalışıb.

Qeyd edək ki, akademik İsa Həbibbəyli son illərdə davranışları və açıqlamaları ilə medianın diqqətindən yayınmır. Bu dəfə o, 20 yanvar günündə əməkdaşının tutduğu çətirlə gündəm olub. Xatırladaq ki, Prezident İlham Əliyev 20 yanvar şəhidlərinə ehtiramını bildirərkən çətirini özü tutmuşdu. Sosial şəbəkələrdə dövlət başçısının bu addımı təqdir olunmuşdu.
 
konkret.az
 

 


OXŞAR XƏBƏRLƏR