'İsa Qəmbər ətrafındakıları 'bəxtəvər' edib qurtarıb, indi də növbə çatıb oğluna...'

SİYASƏT
13:55 01.05.2013
2539

Bir insanın kiminsə övladı olması onun adı üzərində bu qədər manipulyasiya etməyə, onu bu qədər şişirtməyə dəlalət edirmi?

Və ya ailə faktoru, genetik nüans kiminsə cinayət qanunvericiliyindəki məsuliyyətini artırıb-azaldırmı? Xeyr, əlbətdə! Həm də qətiyyətli və birmənalı xeyr!

AZXEBER.COM xəbər verir ki, bu fikirləri politoloq Elşən Musayev Müsavat başqanı İsa Qəmbərin oğlu Turqut Qəmbərin həbsinə münasibət bildirərkən söyləyib

Politoloq daha sonra bunları əlavə edib:

“Tam səmimi deyirəm, mən hələ də sıradan bir gənci manşetlərə daşımağın, onun həbsinə bu qədər ciddiyyət qatmağın səbəb və məntiqini anlamıram. Çünki, əlahiddə bir hadisə baş verməyib.

Adam qanunları pozub, özünü atasının spiker olduğu dövrdəki xaos və dərəbəylik ruhuna kökləyib, toxunulmaz hiss edib, nəticədə də cəzasını alıb. Vəssalam. Burda anlaşılmayan başqa nə var ki?

Ayrıca, unutmamaq gərəkdir ki, bu ölkədə yaşayan, eyni zamanda milli və siyasi mənsubiyyət daşıyan hər kəs kimliyindən, statusundan asılı olmayaraq eyni hüquq və öhdəliklərin sahibidir.

Kimsə də göydən yerə zənbillə düşməyib. Nə Turqut Qəmbərin, nə də bir başqasının Azərbaycan qanunlarını pozmaq, onları görməzdən keçmək kimi bir ayrıcalığı yoxdur!

Yox əgər bu ayrıcalıq varsa da hüquqi deyil, siyasi kontekstdədir. Və ya belə deyək, ata öz ətrafındakıları ağ günə çıxarıb “bəxtəvər” edib, indi də növbə çatıb oğluna...”

OXŞAR XƏBƏRLƏR