İsa Qəmbər Milli Şuranı müqəddəs inəyə bənzətdi

SİYASƏT
15:15 29.12.2013
1041

Müsavat başqanı İsa Qəmbər adıçəkilən partiyanın Məclisinin hazırda davam edən iclasında məruzəsində Müsavatı hədəfə alanlara, o cümlədən AXCP-yə qarşı sərt mesajlar verib.

AZXEBER.COM “müsavat.com”-a istinadən xəbər verir ki, İ.Qəmbər məruzəsində qeyd edib ki, Müsavat qarşı elə bil Səlib müharibəsinə başlayıblar.“Yayda “Ya Rüstəm İbrahimbəyov, ya da Rüstəm İbrahimbəyov” deyirdilər. İndi də “ya Milli Şura, ya da Milli Şura” deyirlər. Milli Şuranı müqəddəs inək kimi toxunulmaz elan ediblər”- deyən İ. Qəmbər bildirib ki, Milli Şura Xalq Cəbhəsi, gənclərsiz, ziyalılarsız mümkün deyil.Ancaq məgər bunlar başa düşmürlərmi ki, Milli Şura Müsavatsız da mümkün deyil. Bəziləri Milli Şurada Müsavatsız hər şeyin yaxşı olacağını deyirsə, deməli, bu adamlar Milli Şuranı dağıtmaq istəyirlər. Bizim Milli Şuradan çıxmaq fikrimiz yoxdur.Bizimlə dostluğa, əməkdaşlığa, müttəfiqliyə razı olmayan qüvvəyə biz necə etimad göstərə bilərik? 6 aylıq Milli Şuranı müqəddəs elan edənlər 100 illik Müsavat Partiyasına qarşı Səlib müharibəsi elan ediblər.Daim Rəsulzadə-Elçibəy yolunda olduğunu deyən qüvvələr bu gün Rəsulzadə ilə Milli Şuranın bugünki nümayəndələrini müqayisə edirlər, Rəsulzadəni hədəfə götürüblər. Bəlkə dayansalar yaxşıdır”-deyə, İ.Qəmbər daha sonra sözlərinə əlavə edib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"

17:23 12.02.2025

“Yapı Kredi Bank” Azərbaycanda müştərilərin ən çox şikayət etdiyi bank oldu - SİYAHI

17:21 12.02.2025

Somali Prezidenti: Azərbaycan bizim ölkəyə Afrikanın bazarlarına qapı kimi baxa bilər

17:19 12.02.2025

İlham Əliyev: Azərbaycanda təhsil alan Somalidən olan tələbələrin sayı artacaq

17:15 12.02.2025

Əməliyyata pulumuz çatmadı, yoldaşımı itirdik - "Talassemiya işi"

17:10 12.02.2025

Evi olmayan şəxs həbsə girmək üçün cinayət işlədi

16:53 12.02.2025

Sevda Ələkbərzadə Bakı Konqres Mərkəzində konsert verəcək

16:48 12.02.2025

Polisə dəstək olanların xüsusi geyim formaları olacaq

16:46 12.02.2025

Yığışdırın rus dilində danışanlara "mız qoymağı!" - Nura

16:33 12.02.2025

Xudayarın anasını təhqir edən şəxs həbs olundu

16:16 12.02.2025

İrandan Naxçıvana 101 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı