'İsa Qəmbər və Əli Kərimli cəmiyyət içində nüfuzlu idisə, nəyə görə Cəmil Həsənlini qabağa verirdilər?'

SİYASƏT
22:15 16.09.2013
1687
"Cəmil Həsənli İlham Əliyevlə müqayisə oluna bilməz. Cəmil Həsənli nəinki İlham Əliyevə heç bir vətəndaşa rəqib ola bilməz. Mən 10 il Cəmil Həsənli ilə parlamentdə yan-yana oturmuşam və onun potensialına bələdəm. Bu səbəbdən deyə bilərəm ki, Cəmil Həsənlidən heç vaxt siyastəçi olmaz". 
AZXEBER.COM-un məlumatına görə, bu sözləri İctimai Radioda debat zamanı prezidentliyə namizəd İlham Əliyevin səlahiyyətli nümayəndəsi Siyavuş Novruzov deyib. 
O həmçinin qeyd edib ki, bu gün Milli Şurada təmsil olunan Müsavat və AXCP partiyalarının sədrlərinin cəmiyyət içində nüfuzu yoxdur:
"Bunlar deyirlər ki, İsa Qəmbər prezident seçkilərində qalib gəlib, mənsə deyirəm ki, bunlar nəinki prezident seçkilərində, heç parlament seçkilərində də qalib gələ bilməyiblər. Digər yandan əgər İsa Qəmbər və Əli Kərimli cəmiyyət içində nüfuzlu idilərsə, nəyə görə Cəmil Həsənlini qabağa verirdi? Bu adamlara heç kimin inamı qalmayıb, bunlar özləri də bu həqiqəti dərk etdiyinə görə Cəmil Həsənlinin namizədliyini dəstəkləyiblər. Azərbaycan tarixində ən böyük saxtakarlığı 1992-ci ildə bu şəxslər ediblər".
 

OXŞAR XƏBƏRLƏR