‘İsa Qəmbərin çıxışı gülünc göründü’ - Eldəniz Quliyev

‘İsa Qəmbərin çıxışı gülünc göründü’ -  Eldəniz Quliyev
SİYASƏT
13:14 04.12.2013
1222

“Eldar Namazova bir təşəkkür də etmədilər”

“Rüstəm İbrahimbəyovun fəxri sədr seçilməsi təklifini etirazla qarşılayan İsa Qəmbərin çıxışı, “başqa ölkənin vətəndaşı fəxri sədr seçiləcəyi halda asıb-kəsəcəyik” deməsi nəinki zəif arqument idi, hətta gülünc göründü”. BunuAPA-ya açıqlamasında “El” Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev söyləyib.

E.Quliyev deyib ki, Milli Şuranın güclənməsində maraqlı olanlar Rüstəm İbrahimbəyovun fəxri sədr seçilməsinə səs veriblər: “Məni çox ağrıtdı, çox təəssüf hissi keçirdim ki, bunlar niyə belə edirlər. Bəlkə elə bir şey var ki, biz bilmirik. Ona görə sessiyadan sonra da İsa Qəmbərdən Rüstəm İbrahimbəyovun fəxri sədrliyinə qarşı olmasının səbəbini soruşdum. İsa Qəmbər mənə tutarlı bir cavab vermədi. Buradan belə nəticə hasil olur ki, onlar qara otaqda qara pişik axtarırlar, özü də bilirlər ki, orada pişik yoxdur”.

E.Quliyev Milli Şuranın İcra Aparatının rəhbəri postundan istefa verən Eldar Namazova sessiyada münasibətdən də narazı qaldığını dilə gətirib: “Eldar Namazov işinin çoxluğu ilə bağlı Rüstəm İbrahimbəyova İcra Aparatı rəhbəri postundan istefası ilə bağlı müraciət edib, Cəmil Həsənli də sessiyada bunu söylədi. Amma içimdən bir sızıltı keçdi. Hamı bilir ki, Eldar Namazov olmasaydı, Milli Şura yaranmaz, bir-birini qəbul etməyən, bir-birinin arxasınca danışan insanlar bir araya gəlməzdi. Eldar Namazovun Milli Şuranın İcra Aparatının rəhbəri postundan getməsini elə adi qarşıladılar ki… Eldar Namazova bir təşəkkür etmək lazım idi, onu da etmədilər. Belə şeylər adamı, şəxsən məni siyasətdən iyrəndirir. Eldar Namazov Milli Şurada sıravi üzv kimi qalacaq, ancaq gücünü əsasən “El” Hərəkatının güclənməsinə, fəaliyyətinə sərf edəcək”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Çoxuşaqlı ailə anlayışının dəyişdirilməsi təklif edilir - VİDEO
23:56 11.03.2026
Çoxuşaqlı ailə anlayışının dəyişdirilməsi təklif edilir - VİDEO
Anasının ehtiyatsızlıqdan öldürdüyü yeniyetmənin FOTOSU
23:48 11.03.2026
Anasının ehtiyatsızlıqdan öldürdüyü yeniyetmənin FOTOSU
Azərbaycanın iki şəhərinin avtobus marşrutları "Google Maps"də görünəcək
23:36 11.03.2026
Azərbaycanın iki şəhərinin avtobus marşrutları "Google Maps"də görünəcək
İranda "qara yağış": qonşu ölkədəki çirkli havanın Azərbaycana təsiri var? - VİDEO
23:27 11.03.2026
İranda "qara yağış": qonşu ölkədəki çirkli havanın Azərbaycana təsiri var? - VİDEO
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
23:16 11.03.2026
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
Könül Həmzəyeva saxlanıldı
23:11 11.03.2026
Könül Həmzəyeva saxlanıldı
Pezeşkian müharibəyə son qoyulması üçün şərtlər irəli sürdü
23:02 11.03.2026
Pezeşkian müharibəyə son qoyulması üçün şərtlər irəli sürdü
Tramp: ABŞ Hörmüz boğazının minalandığını düşünmür
22:55 11.03.2026
Tramp: ABŞ Hörmüz boğazının minalandığını düşünmür
Avtobuslarda gedişhaqqı ilə bağlı yeni yanaşma tətbiq ediləcək -VİDEO
22:54 11.03.2026
Avtobuslarda gedişhaqqı ilə bağlı yeni yanaşma tətbiq ediləcək -VİDEO
Yevlaxda 2 yaşlı uşaq su kanalında boğularaq ölüb
22:48 11.03.2026
Yevlaxda 2 yaşlı uşaq su kanalında boğularaq ölüb
Azərbaycan və Aİ arasında güzəştli tarif prinsipləri əsasında ticarətin genişləndirilməsi müzakirə olunub
22:40 11.03.2026
Azərbaycan və Aİ arasında güzəştli tarif prinsipləri əsasında ticarətin genişləndirilməsi müzakirə olunub
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 600-ü ötüb
22:26 11.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 600-ü ötüb
İlham Əliyevin Aİ Şurasının Prezidenti ilə rəsmi nahar əsnasında geniş tərkibdə görüşü olub - FOTOLAR
22:25 11.03.2026
İlham Əliyevin Aİ Şurasının Prezidenti ilə rəsmi nahar əsnasında geniş tərkibdə görüşü olub - FOTOLAR
Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Azərbaycana gəldi
22:10 11.03.2026
Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Azərbaycana gəldi
Dardanel boğazı müvəqqəti bağlandı
22:07 11.03.2026
Dardanel boğazı müvəqqəti bağlandı
Antonio Koşta Bakıda səmimi qəbula görə İlham Əliyevə təşəkkür edib
21:59 11.03.2026
Antonio Koşta Bakıda səmimi qəbula görə İlham Əliyevə təşəkkür edib