İpək Yolu ilə yük daşımalarının həcmi ilbəil artır.AZXEBER.COM-un məlumatına görə, bu barədə Beynəlxalq Xəzər Forumunda nəqliyyat nazirinin müavini Musa Pənayov deyib.Son 10 ildə tranzit daşımalarının həcmi 8,6 faiz, ÜDM-da nəqliyyatın payı 5,6 faiz artıb. O, bildirib ki, 2013-cü ildə sonunda Bakı-Tbilisi-Qars üzrə ilk işçi qatar buraxılacaq, 2014-cü ildə tam istismara veriləcək.O, bildirib ki, Xəzər dənizində ən qədim limanlardan olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanın Avropa, Qafqaz və Asiya ticarət əlaqələrində vacibliyini nəzərə alaraq Bakıdan 60 km cənubda böyük nəqliyyat qovşağı olan Ələt qəsəbəsində Yeni Ticarət Limanının tikintisi aparılır.İlk növbədə Xəzər Dəniz Gəmiçiliyinə məxsus gəmilərin və bərələrin müasir gəmilərlə əvəz edilməsi işləri davam etdirilir.Onun sözlərinə görə, son 8 il ərzində 2500 km-ə yaxın magistral və respublika əhəmiyyətli yollar tikilib, yenidən qurulub və əsaslı təmir edilib, yerli əhəmiyyətli şəhər, qəsəbə və kəndlərarası yollarda 4 min km-ə yaxın yol tikilmiş və əsaslı təmir olunub.O, qeyd edib ki, hava nəqliyyatı sahəsində tranzit imkanlarının artırılması və inkişaf etdirilməsi məqsədilə beynəlxalq hava limanlarının sayı 6-ya çatdırılıb, yeni 19 ədəd müasir təyyarələr alınaraq istismara verilib.O, bildirib ki, işğal olunmuş ərazilərdə 240 km dəmir yolu, 3 min km avtomobil yolu dağıdılıb.