İşğalçı Ermənistan ordusunun polkovnik-leytenantı məhv edildi

İşğalçı Ermənistan ordusunun polkovnik-leytenantı məhv edildi
DÜNYA
09:57 09.10.2020
1556
Dünən həyata keçirilən hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusunun atəş zərbəsi nəticəsində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının qərargah binası dağıdılıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidməti yayıb.

Qeyd olunub ki, nəticədə binada olan 10-cu dağatıcı diviziyanın qərargah rəisi polkovnik Samvel Qriqoryan ağır yaralanıb, alayın artilleriya rəisi polkovnik-leytenant Arman Dermeyan və xeyli sayda hərbi qulluqçu məhv edilib.
OXŞAR XƏBƏRLƏR