İşğalçıların ən çox istifadə etdiyi metod: Minalarla insanları necə öldürürlər? - ARAŞDIRMA

İşğalçıların ən çox istifadə etdiyi metod: Minalarla insanları necə öldürürlər? - ARAŞDIRMA
SİYASƏT
14:46 20.04.2021
2044

Dünyanın bir çox ölkəsində minaların istifadəsi qadağan olunub. Buna baxmayaraq hələ də təmizlənməsini gözləyən torpağa basdırılmış milyonlarla mina var.

Tarix boyu minalarla mübarizə bəzi dövlətlərin başlıca amalı olub. Güclü müharibələrə şahid olmuş torpaqlarda basdırılmış minalar uşaq, qoca, günahsız demədən hələ də can almaqda davam edir.

AZXEBER.COM tarix boyu dünya ölkələrində minaların tarixi və yaratdığı fəsadlar barədə araşdırma aparıb.


 

60 ölkədə ümumilikdə 110 milyon mina basdırıldığı təxmin edilir

Bunlardan bəziləri İkinci Dünya Müharibisəndə torpağa basdırılıb və hələ yerləri bilinməyən minalar var. Ən çox minaların olduğun ölkə Əfqanıstandır. Kamboca, Laos, Bosniya, Angola torpaqlarında keçmişdən qalmış xeyli sayda mina var. Suriya, Liviya kimi ölkələrdə isə hələ də minalardan istifadə olunur.

Minalar səbəbi ilə ölən və ya bədəninin müxtəlif hissələrini itirərək əlil olan insanların sayı hələ də artmaqda davam edir. Minalardan ziyan görənlərin əksəriyyəti mülki əhali, bir hissəsi də uşaqlar olur.

Minatəmizləmə işi necə aparılır?

Minatəmizləmə işləri olduqca çətin bir prosesdir. Əbəs yerə deyilməyib ki, minaaxtaranlar bir dəfə səhv edir, bu da həyatı bahasına başa gəlir. Bütün çətinliklərə baxmayaraq, minatəmizləmə prosesində uğur qazanan dövlətlər də var. Məsələn, Mozambik 22 illik işlərdən sonra 2015-ci ildə minalardan tamamilə təmizləndi. Ərazidən, ümumilikdə 200 min mina götürüldü. Hansısa bir əraziyə az sayda mina qoyulsa belə, yarada biləcəyi təhlükə səbəbində ən məhsuldar ərazi də baxımsız bir otağa bənzəyir. Minalarla mübarizə artdıqca onu təmizləyən texnikalar da inkişaf etdirilir. Minaların tarixi Çində 3-cü əsrə gedib çıxır. 1277-ci ildə Monqolların işğalı zamanı minalardan geniş istifadə edilmişdir. Bir ispan əsgərin ilk minanı gətirməsindən sonra isə Avropada da bu proses başlayır.


Minaların tarixi nə zamana təsadüf edir?

İlk müasir mina 1862-ci ildə Amerika Vətəndaş Müharibəsi zamanı istehsal edilmişdir. Daha sonra alman ordusu Birinci Dünya Müharibəsindən əvvəl bu dizaynı yeniləyərək müharibədə yeni bir mübarizə növü yaratdı. 1918-ci ildə fransız tanklarının qarşısında bərkidilmiş alətlər və 1944-cü ildə istifadə edilmiş hərəkətli metal zəncirlər mina təmizləmə üçün istifadə edilən ilk alətlər idi. Bunlara bənzər şəkildə indi də "Aardivark” adı altında istifadə olunur.


Minalar əleyhinə beynəlxalq təşkilatlar hansı işləri aparır?

Son illərdə minaların qadağan edilməsi üçün beynəlxalq kampaniyalar aparılır. 1997-ci ildə imzalanan müqaviləyə tərəf olan 162 ölkədə mina istehsalı və istifadəsi qadağan edilib. Hindistan, Myanma, Pakistan kimi ölkələrdə isə istehsalı davam edir. ABŞ, Rusiya, Çin kimi dövlətlərdə kifayət qədər mina ehtiyatı var.

Qarabağdakı minalar

Mina ziyanlarından əziyyət çəkən dövlətlərdən biri də Azərbaycandır. Qarabağ ərazisində Ermənistan xeyli sayda mina yerləşdirib. Bu minalar Azərbaycan əsgərlərinin və mülki şəxslərin ölümünə səbəb olur. Azərbaycanın 44 günlük Vətən Müharibəsindəki qələbəsindən sonra başlıca məqsədi qısa zamanda azad edilmiş torpaqlarda minatəmizləmə işlərini yekunlaşdırmaq və vətəndaşları öz ata-baba yurduna qaytarmaqdır. Mina təmizləmə işlərinə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) ilə yanaşı qardaş Türkiyənin Minatəmizləmə Agentlikləri də cəlb olunub. Agentlik vətəndaşlara müraciət edərək xüsusi icazəsi olmayan şəxslərin əraziyə keçməməsini bildirib. Bu, həm vətəndaşların təhlükəsizliyi üçün, həm də mina təmizləmə işlərinə mane olmamaq üçün vacibdir.

Aydın Nuri

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Çin lideri İsrailin İrana hücumlarından narahatdır
16:20 17.06.2025
Çin lideri İsrailin İrana hücumlarından narahatdır
Tanınmış fotoqraf qəfil vəfat etdi
16:17 17.06.2025
Tanınmış fotoqraf qəfil vəfat etdi
“Unibank” səhiyyə işçiləri üçün xüsusi kampaniya keçirir: 0 % komissiyalı kredit
15:46 17.06.2025
“Unibank” səhiyyə işçiləri üçün xüsusi kampaniya keçirir: 0 % komissiyalı kredit
“Skytrax” AZAL-ı yenidən Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti elan etdi
15:44 17.06.2025
“Skytrax” AZAL-ı yenidən Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti elan etdi
Qaraçuxurda narkokuryerlik edən şəxsdən 3 kq marixuana aşkarlandı
15:42 17.06.2025
Qaraçuxurda narkokuryerlik edən şəxsdən 3 kq marixuana aşkarlandı
ÜST: Qəzza xəstəxanalarında 2 milyon əhali üçün cəmi 1500 çarpayı var
15:35 17.06.2025
ÜST: Qəzza xəstəxanalarında 2 milyon əhali üçün cəmi 1500 çarpayı var
Xalq artisti Fidan Qasımovanın doğum günüdür
15:33 17.06.2025
Xalq artisti Fidan Qasımovanın doğum günüdür
Bu şənbə rəsmi iş günüdür
15:18 17.06.2025
Bu şənbə rəsmi iş günüdür
"Bakı–Qazax qatar biletlərinin qiymətində xoşagələn vəziyyət yoxdur" - O pula Budapeştdən Vyanaya getmək olar (RƏY)
15:10 17.06.2025
"Bakı–Qazax qatar biletlərinin qiymətində xoşagələn vəziyyət yoxdur" - O pula Budapeştdən Vyanaya getmək olar (RƏY)
Kreml: Moskva İrandan rusiyalıların təxliyəsində göstərdiyi köməyə görə Bakıya minnətdardır
14:55 17.06.2025
Kreml: Moskva İrandan rusiyalıların təxliyəsində göstərdiyi köməyə görə Bakıya minnətdardır
"Haber Global": "Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq hədəfə alınır"
14:53 17.06.2025
"Haber Global": "Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq hədəfə alınır"
Naftalanda Qərbi Azərbaycan ziyalıları ilə görüş keçirilib - FOTOLAR
14:37 17.06.2025
Naftalanda Qərbi Azərbaycan ziyalıları ilə görüş keçirilib - FOTOLAR
Azərbaycandan İsrail rəhbərliyinə - Mesaj
14:34 17.06.2025
Azərbaycandan İsrail rəhbərliyinə - Mesaj
Azərbaycan əhalisinin sayı açıqlandı
14:31 17.06.2025
Azərbaycan əhalisinin sayı açıqlandı
PRoMete bir illik fasilədən sonra yeni trekini təqdim edib - AUDİO
14:28 17.06.2025
PRoMete bir illik fasilədən sonra yeni trekini təqdim edib - AUDİO
Sabiq məmurların məhkəməsinə şahidlərdən biri məcburi gətiriləcək
14:16 17.06.2025
Sabiq məmurların məhkəməsinə şahidlərdən biri məcburi gətiriləcək