Azərbaycanın işğaldan azad edilən daha bir rayonunda şiddətli yanğın başlayıb.
AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, Xocavənd rayonun Çörəkli kəndi ərazisindəki meşə massivi yanır.
Hazırda yanğının geniş əraziyə yayıldığı müşahidə olunur.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin qüvvələri və texnikaları cəlb edilib.
Hazırda yanğınsöndürmə əməliyyatları davam etdirilir.
Qeyd edək ki, Ağdam rayonu ərazisində də güclü yanğın başlayıb.