İşçisini məzuniyyətə buraxmayan rəhbər cəzalandırılacaq - Açıqlama

İşçisini məzuniyyətə buraxmayan rəhbər cəzalandırılacaq - Açıqlama
SOSİAL
22:54 24.07.2026
5212
Yay mövsümündə əmək məzuniyyəti ilə bağlı suallar daha da aktuallaşır. Bəzi işçilər müxtəlif səbəblərdən məzuniyyətə çıxmır, bəziləri isə istifadə edilməyən məzuniyyət günlərinə görə əlavə ödəniş alıb-almayacağını bilmir.

Maraqlıdır, əmək məzuniyyəti minimum neçə gün olmalıdır, hansı şəxslərin məzuniyyətə buraxılmaması yolverilməzdir və istifadə edilməyən məzuniyyətə görə əlavə ödəniş hansı hallarda edilir?

Vətəndaşların Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov Demokrat.az-a açıqlamasında bildirib ki, Konstitusiyaya əsasən, illik minimum əmək məzuniyyəti 21 təqvim günüdür və bundan az müəyyən edilə bilməz: 

"Bununla yanaşı, Əmək Məcəlləsində müxtəlif kateqoriyadan olan işçilər üçün fərqli məzuniyyət müddətləri nəzərdə tutulub. Məsələn, fəhlə peşələri üzrə çalışanlar üçün əsas əmək məzuniyyəti 21 gün, qulluqçu kateqoriyasına aid olan mühəndis, texnik və digər işçilər üçün 30 gündür. Pedaqoji heyətə 56 gün, Vətən qarşısında xüsusi xidmətləri olan şəxslərə 46 gün, əlilliyi olan şəxslərə isə əlillik dərəcəsindən asılı olmayaraq 42 gün əmək məzuniyyəti verilir. Yəni qanunvericilikdə əmək məzuniyyətləri işçilərin kateqoriyalarına uyğun şəkildə təsnifatlaşdırılıb.

Bundan başqa, əlavə əmək məzuniyyətləri də mövcuddur. Bu imtiyaz əsasən 21 və 30 günlük məzuniyyət hüququ olan işçilərə şamil edilir. Əlavə məzuniyyətlərin dörd əsas növü var: əmək stajına görə, zərərli əmək şəraitində işləməyə görə, 14 yaşınadək iki və daha çox uşağı və ya əlilliyi olan uşağı olan qadınlara verilən əlavə məzuniyyət, eləcə də Qarabağda bərpa və quruculuq işlərində çalışan şəxslərə verilən əlavə məzuniyyət”.

Sahib Məmmədov əlavə edib ki, əsas məzuniyyət növləri bunlardır: 

"Əgər qanunvericiliklə nəzərdə tutulan hallarda işçiyə məzuniyyət verilmirsə, bu, əmək qanunvericiliyinin pozulması hesab olunur. Əmək müqaviləsi ilə çalışan şəxslərə məzuniyyət verilmədiyi halda bu məlumat elektron əmək müqavilələri alt sistemində görünür və Dövlət Əmək Müfəttişliyi həmin işəgötürəni buna görə cərimələyə bilər. Lakin işçilər əmək müqaviləsi olmadan çalışdırılırsa, onların təkcə məzuniyyət hüququ deyil, ümumilikdə əmək qanunvericiliyi ilə təmin olunan digər hüquqları da pozulmuş olur. Bu məsələ kifayət qədər genişdir. Əmək Məcəlləsinin müvafiq maddələrində əmək məzuniyyətinin müddətləri və hansı kateqoriyadan olan işçilərin hansı hüquqlara malik olduğu ətraflı şəkildə göstərilib”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
06:36 12.09.2026
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
05:19 12.09.2026
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
03:07 12.09.2026
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
02:34 12.09.2026
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
01:22 12.09.2026
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
00:43 12.09.2026
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
00:36 12.09.2026
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
00:23 12.09.2026
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
00:14 12.09.2026
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Bürclər bu günə nə deyir?
00:02 12.09.2026
Bürclər bu günə nə deyir?
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
23:48 11.09.2026
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Azərbaycanda universitetlər 3 illik olacaq?
23:43 11.09.2026
Azərbaycanda universitetlər 3 illik olacaq?
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
23:33 11.09.2026
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
23:24 11.09.2026
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
23:13 11.09.2026
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı
23:09 11.09.2026
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı