Xəbər verdiyimiz kimi, Milli Məclisin Mətbuat Xidmətinin rəhbəri Akif Təvəkküloğlu vəzifəsindən azad edilib.
Bu barədə parlamentin sədri Sahibə Qafarova sərəncam imzalayıb.
AZXEBER.COM işdən çıxarılan Akif Təvvəküloğlu ilə əlaqə saxlayıb.
O qərarla bağlı danışıb: "Mən dövlətimizin əsgəriyəm. Bundan sonra harada məsləhət olacaqsa, orada da dövlətimə xidmət edəcəm.
Akif Təvəkkülöğlu onun işdən çıxarılmasına sevinən jurnalistlər haqda da danışıb:
"Mənim işdən ayrılmağıma kim sevinir bilmirəm. Ancaq kim sevinir özü bilər. Allah hamıya can sağlığı versin. Onlara da uğurlar arzu edirəm".
Qeyd edək ki, Akif Təvəkküloğlu 2006-cı ildən Milli Məclisin mətbuat katibi idi.
Günel Hüseynli,
AZXEBER.COM
AZXEBER.COM