İşdən çıxmaq barədə ərizəni tortun üstünə yazdı - FOTO

DÜNYA
09:08 18.04.2013
1828
İngiltərənin paytaxtı Londondakı “Stansted” hava limanı əməkdaşının işdən ayrılmaq barədə yazdığı ərizə ölkə mətbuatının mövzusu olub. Məlumata görə, 7 ildir hava limanında işləyən 31 yaşlı Kris Holmes şirniyyatçı olmağa qərar verib. Bu istiqamətdə ilk addımını atan Holmes ərizəsini tortun üstünə yazıb.“Bu gün mənim 31 yaşım bitir və yenicə ata oldum. Bu səbəbdən də çox qiymətli olduğunu yeni başa düşdüyüm həyatımı, özümü və başqalarını xöşbəxt etməyə həsr edəcəyəm. Sizə işdən ayrılmağım barədə ərizəmi təqdim edirəm, özümü ailəmə və şirniyyatçılığıa həsr edəcəyimi bildirirəm. Şirkətə və iş yoldaşlarıma gələcək üçün xoş arzularımı diləyir, bu tortu bəyənsəniz internetdən sifariş verə biləcəyinizi diqqətinizə çatdırıram” – deyə Holmes tortun üstünə yazıb.

OXŞAR XƏBƏRLƏR