İşdən qovulan icra başçısının daha bir qanunsuzluğu üzə çıxdı - İşçiləri əsassız yerə kütləvi işdən çıxardırmış

İşdən qovulan icra başçısının daha bir qanunsuzluğu üzə çıxdı - İşçiləri əsassız yerə kütləvi işdən çıxardırmış
SOSİAL
15:57 23.01.2026
711
Son dövlər icra hakimiyyəti orqanlarında baş verən yerdəyişmə və vəzifədən azad etmə halları gündəmdədir. Bir neçə gündür ki, Nəsimi rayonuna yeni təyin olunan və etimadı doğrulmatdığına görə 45 gündən sonra qovulan icra başçısının etdiyi qanunsuzluqlar cəmiyyətdə narazılıqla qarşılanıb. 

Məsələ ilə bağlı Milli Məclisinin IV və V çağırış deputatı, hüquq üzrə fəlsəfə doktoru, hüquq müdafiəçisi Çingiz Qənizadə Demokrat.az-a açıqlamasında bildirib ki, bu məsələ Azərbaycan cəmiyyətində müzakirə olunan əsas məsələlərdən biridir:

"Nəsimi rayonunun icra başçısı təyin olunduqdan 45 gündən sonra cənab Prezident tərəfindən vəzifəsindən uzaqlaşdırıldı. Əldə olan məlumatlara görə, müəyyən neqativ hallar mövcud olub. Bu məsələlərin hüquqi tərəflərini hüquq-mühafizə orqanları və Prezident Administrasiyası daha yaxşı bilir".

Sabiq deputat deyib ki, müzakirə olunan məsələlərdən biri də həmin şəxsin 45 gün ərzində Nəsimi rayon icra hakimiyyətində uzun illər çalışan şəxslərin dərhal işdən kənarlaşdırılması ilə bağlı addımlar atmasıdır:

"Azərbaycanda belə bir tendensiya mövcuddur. Kim hansı vəzifəyə təyin olunursa, özünə yaxın şəxsləri gətirmək məqsədilə uzun illər çalışan əməkdaşları işdən azad edir. Hətta elə hallar olub ki, pensiyaya çıxmasına bir və ya iki il qalmış şəxslər də işdən azad olunub və nəticədə onlar pensiya hüquqlarının formalaşması ilə bağlı ciddi çətinliklər yaşayıblar".

Keçmiş deputat bildirib ki, yeni təyin olunan rəhbər 6 nəfər əməkdaşı vəzifəyə gəldiyi ilk günlərdə işdən çıxarıb:

"Bunlardan biri icra hakimiyyəti başçısının müavini olub. Həmin şəxs uzun illər bu sahədə çalışmış, mediada gedən məlumatlara görə əvvəllər Şəhərsalma və Arxitektura Komitəsində fəaliyyət göstərmiş, işi bilən bir mütəxəssis kimi tanınıb. Lakin naməlum səbəblərdən o, vəzifəsindən uzaqlaşdırılıb. İki şöbə müdiri vəzifəsindən azad edilib, daha üç nəfər əməkdaş isə müxtəlif əsaslarla işdən kənarlaşdırılıb".

Hüquq müdafiəşisi qeyd edib ki, vətəndaşların əmək və digər hüquqları pozulur.

"Mən belə hesab edirəm ki, Prezident Administrasiyası Nəsimi Rayon İcra Hakimiyyətində baş verən bu prosesləri diqqətdə saxlayır. Bu mövzu hüquq müdafiəçilərinin toplantısında da müzakirə olunub. Çox istərdik ki, müəyyən təzyiqlər və xoşagəlməz hallar nəticəsində vəzifəsindən uzaqlaşdırılmış, uzun illər dövlət qulluğunda çalışmış həmin 6 əməkdaş yenidən Nəsimi Rayon İcra Hakimiyyətində əvvəlki vəzifələrinə bərpa olunsun. Məhz bu halda ədalət öz yerini tapmış olacaq"- deyə deputat bildirib. 

Onun sözlərinə görə, əks halda bir yarıtmaz kadrın fəaliyyəti nəticəsində 6 nəfər zərər çəkir, işindən kənarlaşdırılır:

"Hüquqları pozulmuş həmin 6 nəfərin də yenidən işə qaytarılmasını görmək istəyərdik. Bu zaman ədalətin tam bərpa olunduğunu demək mümkün olacaq. Prezident Administrasiyasında bu şəxslərin işlərinə bərpası ilə bağlı müzakirələr aparılır. İcra hakimiyyəti başçısının vəzifədən uzaqlaşdırılması ədalətin yalnız 50 faizinin bərpası deməkdir. Zorla və əsassız şəkildə işdən kənarlaşdırılmış şəxslərin yenidən işlərinə bərpa olunması baş vermiş qanunsuzluqlarla bağlı ədalətin 100 faiz bərpası olacaqdır".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
SİMA platformasının istifadəçi bazası 7 milyona yaxınlaşıb
17:56 09.06.2026
SİMA platformasının istifadəçi bazası 7 milyona yaxınlaşıb
“Azərlotereya” və Liv Bona Dea Hospitalı qadın sağlamlığı mövzusunda görüş təşkil etdi - FOTOLAR
17:47 09.06.2026
“Azərlotereya” və Liv Bona Dea Hospitalı qadın sağlamlığı mövzusunda görüş təşkil etdi - FOTOLAR
Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
17:35 09.06.2026
Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
DİN-dən əməliyyat - 72 kq narkotik vasitə dövriyyədən çıxarıldı
17:25 09.06.2026
DİN-dən əməliyyat - 72 kq narkotik vasitə dövriyyədən çıxarıldı
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
17:10 09.06.2026
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
16:43 09.06.2026
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
16:40 09.06.2026
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
16:20 09.06.2026
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
16:11 09.06.2026
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
16:08 09.06.2026
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
15:49 09.06.2026
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:21 09.06.2026
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
15:06 09.06.2026
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
14:54 09.06.2026
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
14:49 09.06.2026
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
Keçmiş deputatlığa namizəd Prezidentə təşəkkür etdi
14:49 09.06.2026
Keçmiş deputatlığa namizəd Prezidentə təşəkkür etdi