Türkiyədə 29 yaşlı kişi intihara cəhd edib.
Boluda işlədiyi xəstəxanada vəzifəsindən uzaqlaşdırılan mühafizəçi 4-cü mərtəbədən özünü atıb. Yanğınsöndürənlərin açdığı hava yastığına düşən Aydın Ağar ölümdən xilas olub. O, dərhal həmin xəstəxananın reanimasiya şöbəsinə yatırılıb. Aydının hazırkı vəziyyəti normaldır.(milli.az)