Türkiyənin Kütahya vilayətində evinin qapısını gec açan arvadının davranışlarından şübhələnib, otaqları gəzən ər, eyvanda gizlənən kişini bıçaqlayıb.
AZXEBER.COM Milli.Az-a istinadən xəbər verir ki, M.A.Ç axşam iş yerindən hər zamankından tez evə gəlib.
Arvadının qapını gec açması və çaşbaş davranışlarından şübhələnən M.A.Ç, eyvanda qarşısına çıxan M.B.-nı bıçaqlayıb.
Yaralı halda qaçan M.B, özünü xəstəxanaya çatdırıb. M.A.Ç. polislər tərəfindən saxlanılıb.