"İşgəncə vermirdik, çimizdirirdik" - İmişlidəki görüntüləri polis araşdırdı

"İşgəncə vermirdik, çimizdirirdik" - İmişlidəki görüntüləri polis araşdırdı
SOSİAL
17:29 10.08.2017
2554
"Bu işgəncə deyildi, qayğısızlıq idi..."

Avqustun 8-də Xəzər televiziyasının "Xəzər-xəbər" proqramında "İmişlidə inəyə ekskavatorla işgəncə verdilər" adlı videosüjetdə bir qrup şəxsin inəyi buynuzundan ekskavatorun çömçəsinə bağlayaraq su kanalına salmaları, heyvana əzab verərək onu suda o tərəf-bu tərəfə fırlatmalarını əks etdirən videogörüntü yayımlanıb.

Daxili İşlər Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, videosüjetlə əlaqədar İmişli Rayon Polis Şöbəsində araşdırma aparılıb. Müəyyən edilib ki, həqiqətən də, belə bir hadisə iyun ayının axırlarında rayonun Çahar kəndində baş verib.
 
Həmin vaxt orada olan Çahar kənd sakini Atamoğlan Nuriyev və Gövhərli kənd sakini Fərman Əzimov Rayon Polis Şöbəsinə dəvət edilərək izahatları alınıb.

Müəyyən edilib ki, həmin vaxt rayonun Çahar kənd sakini Atamoğlan Nuriyevə məxsus inək çirkab suların dolduğu kanala düşüb. Sahibi pis qoxu gəldiyi üçün su ilə yusa belə, onun kirinin getməyəcəyini və balası olan heyvanı bu vəziyyətdə evə aparmağın mümkün olmadığını  görüb, traktoru olan yaxın qohumu Fərman Əzimovdan inəyi yaxınlıqdakı göldə yumaq üçün kömək istəyib.

Onlar inəyi "T-28" markalı traktorun qovuşuna bağlayaraq heç bir zərər və xəsarət yetirmədən göldə yuyulması üçün bir-iki dəfə sağa-sola çəkərək hərəkət etdiriblər. 

Lakin yayımlanan görüntülər dəfələrlə təkrarlandığından bu, seyrçilərdə işgəncə təəssüratı yaradaraq hiddət və qəzəb oyadıb.  

Atamoğlan Nuriyev və Fərman Əzimov İnzibati Xətalar Məcəlləsinin 290.1.9-cu (ev heyvanı saxlayan və ya ona baxan şəxs tərəfindən ev heyvanlarına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzərdə tutulmuş qayğıların göstərilməməsinə görə) maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiklərinə görə barələrində inzibati xəta haqqında protokol tərtib olunub.  
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Verilişi bağlandı deyilən aparıcıdan AÇIQLAMA
13:33 12.09.2025
Verilişi bağlandı deyilən aparıcıdan AÇIQLAMA
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
13:20 12.09.2025
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
13:18 12.09.2025
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
13:16 12.09.2025
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
12:48 12.09.2025
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
12:47 12.09.2025
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
12:41 12.09.2025
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
12:38 12.09.2025
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
12:36 12.09.2025
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
12:23 12.09.2025
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
12:05 12.09.2025
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
11:51 12.09.2025
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxladı
11:50 12.09.2025
Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxladı
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ
11:50 12.09.2025
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ
"Azərbaycan bölməsinin şagirdləri rus bölməsindən daha yaxşı nəticə göstərib"
11:40 12.09.2025
"Azərbaycan bölməsinin şagirdləri rus bölməsindən daha yaxşı nəticə göstərib"
"Məni Aygünün ildönümünə çağırmadılar" - Zümrüd Hümbətova
11:38 12.09.2025
"Məni Aygünün ildönümünə çağırmadılar" - Zümrüd Hümbətova