İsi Mustafayev yüksək vəzifəyə təyin edildi

İsi Mustafayev yüksək vəzifəyə təyin edildi
SOSİAL
10:52 03.06.2026
218
İsi Mustafayev "PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin Baş İcraçı direktoru təyin olunub.

AZXEBER.COM xəbər verir ki, o, vəzifəsinin icrasına başlayıb.

İ.Mustafayev maliyyə sektorunda uzunmüddətli idarəçilik təcrübəsinə malikdir. O, 2023-2026-cı illərdə Azərpoçt MMC-nin İdarə Heyətinin sədri, 2022-2023-cü illərdə isə İdarə Heyətinin üzvü vəzifələrində çalışıb.

İ.Mustafayev bundan əvvəl 2020-2021-ci illərdə Rabitəbank ASC-də, 2016-2020-ci illərdə isə AG Bank ASC-də departament direktoru olub.

O, əmək fəaliyyətinə 2000-ci ildə "Partner Investment” MMC-də iqtisadçı kimi başlayıb. 2003-2016-cı illərdə isə Azərbaycan Mərkəzi Bankında müxtəlif vəzifələrdə çalışaraq iqtisadçı, baş iqtisadçı və Kredit Təşkilatlarına Nəzarət Departamentinin müdiri vəzifələrini tutub.

Şirkət rəhbərliyi İsi Mustafayevin maliyyə, bankçılıq və korporativ idarəetmə sahələrindəki geniş təcrübəsinin "PAŞA Kapital”ın gələcək inkişaf strategiyasının həyata keçirilməsinə mühüm töhfə verəcəyini bildirib.
OXŞAR XƏBƏRLƏR