Ölkənin 102-ci baş naziri İşiba oktyabrın 27-də keçirilməsi planlaşdırılan növbədənkənar ümumi seçkilərə qədər vəzifəsini icra edəcək.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Yaponiyada hakim Liberal Demokrat Partiyasının (LDP) yeni lideri İşiba Şiqeru Nümayəndələr Palatasında keçirilən növbədənkənar sessiyada ölkənin baş naziri seçilib.
İşiba Şiqeru, partiyasının (LDP) və üstünlük təşkil etdiyi 465 yerlik Şuuqində 291 "hə” səsini toplayaraq Yaponiyanın 102-ci baş naziri oldu.
Yeni kabinetini açıqlamağa hazırlaşan İşiba, İmperator Sarayında keçiriləcək mərasimlə vəzifəsinə başlayacaq.
Baş nazir Kişida və kabineti bu gün səhər istefa verib.
Gülay