İraq Şam İslam Dövləti qruplaşması 23 türkməni güllələyib. İraqın Selahaddin vilayətinə İŞİD hücum edib. Kərkükün cənubunda yerləşən Biravcılı kəndinə girmək istəyən İŞİD-lə türkmənlər arasında 3 saatlıq döyüş gedib. Hadisə şahidlərinin verdiyi məlumata görə, İŞİD 23 türkməni sıraya düzərək güllələyib. Onların arasında 3 qadın olub. İŞİD-in təşkil etdiyi hücumlarda kəndin evləri atəşə tutulduğundan kənd camaatı oranı tərk edib. Hücumdan sonra verilən açıqlamada 2 türkmənin İŞİD tərəfindən qaçırıldığı bildirilib.