İŞİD 400 min nəfərlik türkmən şəhərini işğal etdi

DÜNYA
17:00 16.06.2014
2114
İraq Şam İslam Dövləti (İŞİD) silahlıları İraqın əsasən türkmənlər yaşayan Telafer şəhərini ələ keçirib.

AZXEBER.COM-un “Azadlıq” radiosuna istinadən verdiyi məlumata görə, İraq Türkmən Cəbhəsinin Telaferdəki nümayəndəliyi bildirib ki, şəhər gecə saat 2-də ələ keçirilib.

Təxminən 400 min nəfər türkmənin yaşadığı Telaferə hücum dünən səhər saatlarından başlayıb.

İŞİD silahlıları ilə 6 min türkmən könüllü və mərkəzi hökumətə bağlı olan hərbçilər arasında gün ərzində döyüş olub. Hava qaralanda isə şəhər silahlıların əlinə keçib. Şəhərin Qala Məhəlləsindəki tarixi Türk Qalası da silahlıların nəzarətindədir.

Silahlılar şəhəri ələ keçirəndən sonra minlərlə türkmən kürdlərin nəzarətində olan Sincar bölgəsinə köç edib.

OXŞAR XƏBƏRLƏR