“İraq Şam İslam Dövləti” (İŞİD) Türkiyənin Mosuldakı Baş Konsulluğuna basqın edərək girov götürdüyü Türkiyə vətəndaşlarını Mosul valisinə (qubernator) təhvil verib.
Bu barədə Türkiyənin “Yeni Şafak” qəzeti məlumat yayıb.
Qəzet bildirir ki, İŞİD-in valilik binasında saxladığı girovlar valinin evinə aparılacaq. Girovların bu gün axşam Türkiyəyə təhvil verilməsi gözlənilir.
Qeyd edək ki, İŞİD iyunun 11-də Türkiyənin İraqın Mosul şəhərindəki Baş Konsulluğuna hücum edərək baş konsul Öztürk Yılmaz da daxil olmaqla, 49 Türkiyə vətəndaşını girov götürmüşdü.
///APA